AZ EN RU

Sərmayə kapitalı verilmiş qadınlarla bağlı monitorinqlər keçirilib

Qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı verilən qadınların işlədiyi və yaşadığı ünvanlarda növbəti monitorinqlər aparılıb. Naxçıvan şəhərində keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Naxçıvan şəhər sakini İmanova Güllü İlyas qızı uşaqlara psixoloji xidmət üzrə, Naxçıvan şəhər sakini İbrahimova Rəfayə Feyzulla qızı isə üzümçülük təsərrüfatı sahəsi üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahəsini qurub və inkişaf etdiriblər. Monitorinqlər zamanı heç bir nöqsan aşkarlanmayıb. 


Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 14.08.2024 16:56