AZ EN RU

Şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim edilib

    Prezident cənab  İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman hərbçilərimiz müxtəlif orden və medallarla təltif olunub.
    Babək, Kəngərli, Şahbuz və Sədərək Rayon İcra hakimiyyətlərində ordenlərin növbəti təqdimatı keçirilib. Şəhidlərin ordenləri onların ailə üzvlərinə təqdim olunub. Tədbirlərdə əvvəlcə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov,  Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva ordenləri şəhidlərin ailə üzvlərinə təqdim ediblər.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid gizir Ümid Novruzlu, şəhid əsgər Rasim Ramazanov, şəhid əsgər Elvin Teymurov, şəhid əsgər İmaməddin Hümbətov, şəhid baş leytenant Həmid Qasımov, şəhid əsgər Niyaməddin İsgəndərov, şəhid əsgər Aslan Mirzəyev, şəhid əsgər İsmayıl Yüzbaşyev, şəhid əsgər Qəşəm Səfərov, şəhid əsgər İman Alməmmədov, şəhid əsgər Ramin Bağırov, şəhid əsgər Rüfət Gözəlov və şəhid əsgər Tağı Abdullazadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
    Şəhid valideynləri övladlarının qəhrəmanlıq və şücaətindən söz açıb, onların igidliklərinin qiymətləndirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.02.2023 00:47