13 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən Sədərək rayonunda vətəndaşların qəbulu keçirilmişdir. Qəbulda Sədərək rayonunun kəndlərindən 31 nəfər rayon sakinlərinin şikayəti dinlənilmişdir.
Qeyd edək ki, qəbul zamanı həlli mümkün olan şikayətlər yerindəcə həll edilmiş,araşdırılma tələb edən şikayətlərin həlli ilə əlaqədar tədbirlər planı hazırlanmış, ayrı-ayrı dövlət qurumlarına tapşırıqlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
mətbuat xidməti