AZ EN RU

Səbinə Əliyeva: Seçkilər ərəfəsində maarifləndirici tədbirlərin keçirilməsi üzrə təqvim planı təsdiqlənib

Növbədənkənar parlament seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası ilə birgə maarifləndirici tədbirlərin keçirilməsi üzrə təqvim planı təsdiqlənib və icrası istiqamətində zəruri addımlar atılmaqdadır.

Ombudsman təsisatı olaraq tərəfimizdən aparılan əvvəlki müşahidələrin nəticələrinin təhlili bu gün bizə əminliklə söyləməyə əsas verir ki, ötən dövrdəki seçkilər əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, ədalətli, şəffaf, qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilib.

Bu sözləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

O bildirib ki, seçicilərin səsvermədə iştirakı ilə bağlı zəruri şərait yaradılıb, səsvermənin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyətinin nümayəndələri və polis tərəfindən müdaxilə halları müşahidə edilməyib. Beləliklə, vətəndaşların seçki hüquqları təmin olunub. Bir çox məntəqələrdə MSK tərəfindən veb-kameraların quraşdırılması, seçkilərin bilavasitə izlənilməsi üçün real şərait yaradılması da müsbət məqamlardandır.

Nəşr edilib : 31.07.2024 11:47