AZ EN RU

Şahbuz rayonunda yaşıllıqlara qulluq göstərilib

Şahbuz rayonunda mövcud yaşıllıqların qorunması diqqətdə saxlanılır. Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə növbəti tədbir bu gün rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Daylaqlı kəndi ərazisində keçirilmişdir. Aldığımız məlumata əsasən yaşıllıqlara qulluq tədbirində  kənd ərazisindəki meyvə bağlarında aqrotexniki qulluq işləri həyata keçirilib, alaq otları biçilib, ağacların dibləri yumşaldılıb, gövdələri zərərvericilərə qarşı ağardılıb, suvarma işləri aparılıb. Tədbirdə rayonun butun idarə və təşkilatları iştirak edib.


Əli Cabbarov

Nəşr edilib : 10.08.2024 18:06