AZ EN RU

Şahbuz rayonunda yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir

Dağlar diyarı Şahbuz təmiz suyu, havası və yaşıllıqları ilə seçilir. Yaşıllıqlara qayğı göstərilməsi bu baxımdan rayonda həmişə diqqətdə saxlanılır. Rayonda mövcud yaşıllıqların qorunması istiqamətində növbəti tədbir bu gün Daylaqlı kəndi ərazisində keçirilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ağaclara su verilməsi, diblərinin ağardılması, qurumuş otlarln təmizlənməsi işləri görülmüşdür. Yaşıllıqlara qulluq tədbirində rayonun bütün idarə və təşkilatları mütəşəkkil iştirak etmişlər.


Əli Cabbarov

Nəşr edilib : 03.08.2024 15:48