AZ EN RU

Şahbuz rayon İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Şahbuz rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, polis və təhsil müəssisələri əməkdaşlarının  iştirakı ilə  “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şahbuz rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevindik Abdullayev   də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov,  Daxili  İşlər Nazirliyinin şöbə rəisi İman Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə  Hüseynova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər.

Nəşr edilib : 10.08.2024 12:54