AZ EN RU

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses  sy.edu.az  elektron sistemi üzərindən həyata keçiriləcək. 
Belə ki, yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək. 
Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.

Bülbül QULİYEVA

Nəşr edilib : 05.08.2024 12:36