AZ EN RU

Rövzət Qasımov: Müraciətlərə baxılması prosesi şəffaf həyata keçirilir

Parlament seçkiləri ilə əlaqədar şikayət və müraciətlərə baxılmasında şəffaflıq təmin olunur.

Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bugünkü iclasında deyib.

O bildirib ki, şikayət və müraciətlərə baxılmasında şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir: "İstənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq müraciətlərlə bağlı ətraflı məlumat əldə edə bilər".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Nəşr edilib : 08.08.2024 18:18