AZ EN RU

Rezidenturalara qəbul imtahanının ikinci mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi ali məktəblərin rezidenturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. İkinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqaməti üzrə ixtisas fənləri üzrə bilikləri yoxlanılıb.

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə, 30 namizəd iştirak edib. İmtahanın idarə olunmasına 1 rəhbər, 2 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.


Bülbül QULİYEVA

Nəşr edilib : 04.08.2024 13:32