AZ EN RU

Respublika fənn olimpiadalarında qalib olan məktəblilərimiz mükafatlandırma mərasimində iştirak etmək üçün Bakı şəhərinə yola düşüblər

İyulun 5-də paytaxt Bakı şəhərində Elm və Təhsil Nazirliyi tərəfindən Respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Fənn olimpiadalarında qalib olan məktəblilərimiz də mükafatlandırma mərasiminə dəvət olunublar.
Qeyd edək ki, Respublika fənn olimpiadalarında Ordubad rayon Gənzə kənd tam orta məktəbinin XI sinif  şagirdi Yaqub Rzayev Azərbaycan dili və ədəbiyyat fənni üzrə  II, Şahbuz rayon Kükü kənd tam orta məktəbinin XI sinif şagirdi Turqay Məmmədov isə riyaziyyat fənni üzrə  üzrə III yerin qalibi olub.

Nəşr edilib : 04.07.2024 21:56