AZ EN RU

Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançımız bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləşdə təmsil edən Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxıb.

"Şərq qapịsı" xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımızın rəqibi Ukraynanı təmsil edən Murazi Mçedlidze olub.

Rəqibinə 10:0 hesabı ilə qalib gələn təmsilçimiz Olimpiadanın bürünc medalına sahib çıxıb.

Nəşr edilib : 11.08.2024 14:55