AZ EN RU

Quru Qoşunlarında mexanikləşdirilmiş bölmələrin döyüş qabiliyyəti inkişaf etdirilir

Cari ilin hazırlıq planına əsasən, Milli Ordunun Quru Qoşunlarının mexanikləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.

Nəşr edilib : 08.08.2024 11:40