AZ EN RU

“Qızların təhsilinə dəstək proqramı” çərçivəsində təqaüdlər ayrılıb

“Qızların təhsilinə dəstək proqramı” çərçivəsində təqaüdlər ayrılıb.

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iyulun 12-də qurumun hesabat tədbirində deyib. O bildirib ki, proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Fondun birgə əməkdaşlığı ilə keçirilib: “İlkin mərhələdə seçilmiş 25 nəfər təqaüdçünün sırasına daha sonra 55 nəfər qız əlavə edilib. Beləliklə, ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunub”.

E.Nəsibov onu da əlavə edib ki, “4Sİ Akademiyası” layihəsi çərçivəsində müraciət edən 10 mindən çox şəxsə bir il ərzində ABŞ-ın qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış altkateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunub: “Layihədə 8000 nəfər iştirak edib. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur”.

Nəşr edilib : 12.07.2024 12:24