2023-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında 4.000 yeni vergiödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.
Yanvar-avqust aylarında kommersiya qurumlarının 63 faizi elektron qaydada, 37 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
***
Naxçıvan Muxtar Respublikasında sentyabr ayının 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6 faiz artaraq 14.258 olub. Hesabat dövründə aktiv əlavə dəyər vergiödəyicilərinin sayı 36,4 faiz çoxalaraq 431 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 12,3 faiz artaraq 5.024-ə çatıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətininmətbuat xidməti