AZ EN RU

Qədim Zəvvar arxı qardan və lildən təmizlənir

Hər il olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Ordubad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Ordubad rayonunun Şıxı yurdu adlanan ərazisindən keçən qədim Zəvvar arxında qar qatının təmizlənməsi işləri həyata keçirilib.
Agentlikdən "Şərq qapısı"-na verilən məlumata görə, idarə əməkdaşları tərəfindən texnikalar vasitəsilə qar kütlələri kürənərək arxın axını təmin olunub. Beləliklə, əriyən qar sularının itkiyə getmədən səmərəli istifadə edilməsi mümkün olub. Ümumi uzunluğu 4,5 kilometr olan arxın 2,5 kilometr məsafəsində işlər yekunlaşıb. 
Arx vasitəsilə saniyədə 300-500 litr su Dübəndi çayına, saniyədə 250 litr su isə Vənənd çayına axıdılır. Görülən işlər çərçivəsində Ordubad şəhərindən Zəvvar arxına qədər 27 kilometr məsafədə olan yol isə daşlardan təmizlənir.

Nəşr edilib : 12.07.2024 14:42