AZ EN RU

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.
"Şərq qapısı" xəbər verir ki, Amin Ramazanov məşq prosesində xəsarət alıb.
Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

Nəşr edilib : 14.07.2024 15:20