AZ EN RU

Qarabağın köhlən atlarının Bolqarıstan fəthi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə cavab olaraq səfərdə olan Ağdamın futbol klubu olan “Qarabağ” Bolqarıstan təmsilçisi peşəkar futbol klubu “Ludoqorets”i 7-2 hesabı ilə məğlub edib. Bu “Qarabağ” FK-nın nəinki Bolqarıstan üzərindəki ümumi avrokuboklar üzrə ən böyük nəticəsidir. “Qarabağ” FK-nın bundan əvvəlki Avropa turnirlərində ən böyük qol fərqinin 5-0  hesabı ilə Gürcüstanın “Samtredia” və Cəbəllüttariqin “Linkoln” komandaları üzərində olduğunu görürük. Bu oyunların hər ikisi Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edir.

“Qarabağ” Futbol Klubunun I təsnifat mərhələsindəki oyunlarında peşəkar baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi Qarabağın ən böyük nəticəsinin isə 4-0 hesabı ilə Latviyanın (Banqa) klubu qarşısındakı qalibiyyəti olub. Bu qalibiyyət nəticəsində “Qarabağ” FK turnirin pley-off mərhələsinə yüksəlib. Köhlən atlar növbəti oyunda Xorvatiyanın “Dinamo” Futbol Klubu ilə qarşı-qarşıya gələcək. Məğlub komanda olan “Ludoqoret” isə pley-off mərhələsində Moldova “Petrokub” və TNS “Uels” qarşılaşmasından qalibiyyətlə ayrılan “Petrokub”la qarşı-qarşıya gələcək.

Oyun italyan baş hakim Simone Sossanın müşahidəsi ilə keçirilib. Düzünə qalsa əvvəlki oyunlara nəzər saldıqda “Qarabağ” FK-nın bu oyundan qalibiyyətlə ayrılması gözlənilən idi. Lakin hər kəsi intizarda saxlayan isə Qarabağın budəfəki rəqibi idi.

Oyunun gedişatında dəqiq və cəld hərəkət edən “Qarabağ” FK dəqiqələr 7-yə yaxınlaşdıqda hücum xəttinin 18 nömrəli formasının daşıyıcısı  Juninyo ilə hesabı açdı. Lakin buna baxmayaraq, öz evində məğlubiyyəti qəbul etməklə barışmayan “Ludoqorets” oyunun 13-cü dəqiqəsində hesabı bərabərləşdirməyi bacardı.

Dəqiqələr 22-ci dəqiqəyə yaxınlaşdıqda ev sahibləri növbəti qolu penaltidən gerçəkləşdirərək hesabı 2:1 edib. Qapını peşəkarcasına tapan qollardan biri isə Ağdam təmsilçisinin 7 nömrəli oyunçu Yassin Benzia tərəfindən yerinə yetirilib. Hesab 2:2.

Artıq oyunun ilk yarısının bitməsinə yaxın 45+5 dəqiqədə Patrik Andreda hesabı 3:2-yə daşıyıb.

Birinci yarı bitdi... Fasilə... İkinci yarı başladı... Lakin ikinci yarıda hə iki klubun peşəkar rəqabəti nəticəsində qolsuz bir oyun izlədik. 90-cı dəqiqə və oyun bizim xeyrimizə bitməlidir. Lakin ümumi nəticələr bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün oyunun dəqiqələrinə əlavələr olundu. Uzatmaların başlanğıcında “Qarabağ” FK-nın ehtiyat oyunçusu olan Toral Bayramov hesabı 4:2 etməyi bacarıb. 110-cu dəqiqə... Uzatmalar davam edir... “Qarabağ” FK-nın 19 nömrəli ehtiyyat oyunçusu Redon Cica hesabı 5:2 hesabı edib... Növbə isə 112-ci dəqiqədə Patrik Andredanın vurduğu “Dubl” qol, ardınca isə 118-ci dəqiqədə Benzianın “Qarabağ” FK-nın xeyrinə vurduğu növbəti “Dubl” qol.

Oyunun nəticələrinə nəzər salsaq 7:2 hesabı ilə Bolqarıstanın meydan sahiblərini öz meydançasında məğlub etməyi bacaran “Qarabağ” FK növbəti oyun qalibiyyəti üçün bundan da böyük nəticə əldə etmək niyyətindədir.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 14.08.2024 11:15