AZ EN RU

Qarabağda erməni təxribatı: Azərbaycan qüvvələri diversantları məhv edib

Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisənin ilk təfərrüatları məlum olub.

Məlumata görə, müəyyən, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçməklə Ermənistan ərazisindən silah və sursatın Qarabağ bölgəsinə daşınması barədə siqnallar alıb.

Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident onu təsdiqləyir ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat və terror törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Aydındır ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, “miatsuma” siyasətini davam etdirmək cəhdləri dayanmır.

Nəşr edilib : 05.03.2023 15:34