AZ EN RU

P.V.Qlıboçkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2024-cü il

Nəşr edilib : 08.07.2024 13:35