AZ EN RU

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi  tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib.
 “Şərq qapısı” xəbər verir ki,  Naxçıvan şəhərinin  5 nömrəli tam orta məktəbində keçirilən imtahanda 36 namizəd iştirak edib. İmtahanın  idarə olunması  üçün 1 imtahan rəhbəri və 4 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 10:00-da  başlanıb və 3 saat davam edib.


Bülbül QULİYEVA

Nəşr edilib : 11.08.2024 12:58