AZ EN RU

Peşə təhsili almaq üçün 1 həftədə 16 mindən çox şəxs müraciət edib

Peşə təhsili müəssisələrinə maraq rekord səviyyəyə çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, son bir həftə ərzində 16 min 458 nəfərdən 52 min 540 müraciət daxil olub.

Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

Nəşr edilib : 05.08.2024 17:25