AZ EN RU

Pərviz Şahbazov: Elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faizə yüksəlib

Bu ilin birinci yarısında elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kilovat-saat, ixracı 444 milyon kilovat-saat, idxalı 96,4 milyon kilovat-saat olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

O bildirib ki, hesabat dövründə İES-lər üzrə 11 milyard 525 milyon kilovat-saat, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 950,7 milyon kilovat-saat artımla 2 milyard 32,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Nazir vurğulayıb ki, bu dövrdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faizə yüksəlib.

Nəşr edilib : 15.07.2024 10:37