AZ EN RU

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında silahlar təhvil götürülüb

İyulun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd tüfəng təhvil götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, əməliyyat tədbirləri zamanı qanunsuz saxlanılan 2 ədəd tüfəng aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Nəşr edilib : 20.07.2024 11:02