Ermənistanın Baş naziri Nikol Paşinyan toqquşmalar zamanı parlament binası yaxınlığında polisin hərəkətlərinə haqq qazandırıb və müxalifəti qanunverici orqana hücum cəhdində ittiham edib.
Xatırladaq ki, iyunun 12-də axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında polislə etirazçılar arasında toqquşma zamanı 100-dən çox insan xəsarət alıb.