“Umico” şirkəti Azərbaycanın regionlarında gənc kadrların kəşf edilməsi və iş imkanlarının genişləndirilməsi üzrə layihəyə start verib. Layihənin məqsədi tələbələrin və yeni məzun olmuş şəxslərin iş təcrübəsinin artırılmasıdır.
Bu münasibətlə “Umico” şirkətinin əməkdaşları 23-24 aprel tarixlərində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşlər keçiriblər. Görüşlərdə tələbələrə iş imkanları, karyera yüksəlişləri ilə bağlı məlumat verilib.
Qeyd edək ki, “Umico” şirkəti 2023-cü ildə ən çox təcrübəsi olmayan gəncləri işə cəlb etdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1-ci yerə layiq görülüb.
Məmmədbağır DÜNYAMALIYEV
Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə
əlaqələr bölməsinin əməkdaşı