AZ EN RU

Parlament seçkilərinə namizədlərin qeydiyyatı başlayıb, 401 nəfər sənəd verib

Növbədənkənar parlament seçkilərinə namizədlərin sənədlərinin təqdim edilməsi və qeydiyyatına başlanılıb.

Bunu  Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, 401 vətəndaş sənədlərini seçkilərdə namizəd olmaq üçün təqdim edib.

"Siyasi partiyalar kifayət qədər fəaldırlar. Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır", - R.Qasımov vurğulayıb.

Nəşr edilib : 15.07.2024 10:16