AZ EN RU

Parlament seçkiləri ilə əlaqədar seçici siyahıları məlumat lövhələrində yerləşdirilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edirdi.

Nəşr edilib : 01.08.2024 16:46