AZ EN RU

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqdar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 8 825 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onların 4 622 nəfəri MSK-da, 4 203 nəfəri Dairə Seçki Komissiyalarında (DSK) qeydiyyatdan keçib".

Nəşr edilib : 01.08.2024 16:50