AZ EN RU

Paris olimpiadasının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb.

Bu barədə "Yomiuri Shimbun" nəşrinin əməkdaşı Vakako Yuki məlumat verib.

Onun sözlərinə görə, avtobus metal dirəyə çırpılıb. O, xəsarət almadıqlarını bildirib: "Sürücü şokda olduğu üçün heç bir söz demədi. Biz növbəti avtobusu gözləməkdənsə, ən yaxın metro stansiyasına piyada getməyə qərar verdik".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 27.07.2024 15:51