AZ EN RU

Paris-2024: Triatlonçuların məşqi yenidən ləğv edilib

Paris Olimpiadasında triantlonçuların məşqləri yenidən ləğv edilib.

Paris-2024-ün mətbuat xidməti xəbər verir ki, buna səbəb kimi Sena çayında suyun keyfiyyətinin aşağı olması göstərilib.

Paris olimpiadasının təşkilatçılarının bəyanatında suyun yararsız hala düşməsinə leysan yağışların səbəb olduğu bildirilib.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Nəşr edilib : 04.08.2024 12:28