AZ EN RU

“Paris-2024”: Moldovanı təmsil edən azərbaycanlı cüdoçu yarımfinala yüksəlib

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu Adil Osmanov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda özbəkistanlı Murodjon Yuldoşevlə üz-üzə gəlib. O, bu raunnda rəqibinə qalib gələrək adını 1/2 finala yazdırıb.

Qeyd edək ki, Adil Osmanov öz çəkisində dünya reytinqinin 13-cü pilləsində yer alır. Bu, onun çıxış etdiyi ilk olimpiadadır.

Nəşr edilib : 29.07.2024 16:11