AZ EN RU

“Paris-2024”: Hidayət Heydərovun rəqibi bəlli olub

Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq Azərbaycan cüdoçusu Hidayət Heydərovun rəqibi bəlli olub.

73 kiloqramda çıxış edən idmançı 1/8 finalda israilli Tohar Bitbulla qarşılaşacaq.

T.Bitbul təsnifat mərhələsində əlcəzairli Reduan Masud Drisə ipponla qalib gəlib.

Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Nəşr edilib : 29.07.2024 12:28