AZ EN RU

Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün

Bu gün Azərbaycanın 3 idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Ölkəmizi boks yarışlarında təmsil edən Alfonso Dominqes (92 kq) 1/8 finalda kubalı 2 qat Olimpiya çempionu Xulio Sezar la Kruzla qarşılaşıb və qələbə qazanıb.

1/4 finala vəsiqə əldə edən 29 yaşlı idmançı növbəti görüşünü qazaxıstanlı Aybek Oralbaya qarşı keçirəcək.

Cüdo yarışları isə Azərbaycanın tatami ustaları üçün uğurlu alınmayıb. Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) ilk mərhələdə rəqiblərinə uduzmaqla turnirlə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Paris-2024-də sabah daha 6 idman növündə təmsil olunacaq.

Nəşr edilib : 28.07.2024 21:55