AZ EN RU

Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı çıxış edəcək

Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

İlk olaraq atıcı Ruslan Lunyov bacarığını göstərməyə çalışacaq.

O, 25 metr məsafədən atəşaçmada yarışacaq.

Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 04.08.2024 10:22