AZ EN RU

Paris-2024: Azərbaycan taekvondoçusu qələbə qazanıb

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 07.08.2024 14:29