AZ EN RU

“Paris-2024”: Azərbaycan qılıncoynadanı növbəti görüşünü keçirib

Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Qadınların fərdi yarışında çıxış edən idmançı ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada ukraynalı Olqa Xarlanı sınağa çəkib. O, bu raundda rəqibinə 6:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Nəşr edilib : 29.07.2024 17:10