AZ EN RU

Paris 2024: Azərbaycan medal sıralamasında 21-ci yerdədir

"Şərq qapısı" olimpiadanın rəsmi saytının məlumatına istinadən xəbər verir ki, Azərbaycan 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının medal sıralamasında 21-ci yerdədir. Beləliklə, cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) komandamıza iki qızıl medal əlavə ediblər. Finala yüksələn boksçu Alfonso Dominqes (92 kq) ən azı gümüş medalı təmin edib. O, yarışmağa davam etdiyi üçün bu mükafat hələ cədvəldə əksini tapmayıb.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 49-cu, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Ukrayna (2 qızıl, 1 gümüş, 3 bürünc) 17-ci yerdədir. İlk üçlükdə ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) qərarlaşıb. İndiyədək 70 ölkə medal qazanıb. Qeyd edək ki, Paris 2024 avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 05.08.2024 12:07