AZ EN RU

Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 16-cı pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Yeni Zelandiya, Rumıniya, Sloveniya Serbiya və Özbəkistan da bir qızıl medalla 16-cıdır.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 24-cü, Gürcüstan isə 28-ci sıradadır.

İlk üçlükdə Yaponiya (7 qızıl, 2 gümüş, 4 bürünc), Çin (6 qızıl, 6 gümüş, 2 bürünc) və Avstraliya (6 qızıl, 4 gümüş, 1 bürünc) yer alıblar.

Hələlik 43 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 31.07.2024 09:31