AZ EN RU

Paris-2024: Azərbaycan güləşçisi qələbə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.

Bununla da idmançımız 1/4 finala yüksəlib.

Nəşr edilib : 05.08.2024 17:38