AZ EN RU

Paris-2024: Azərbaycan güləşçisi ilk görüşündə qələbə qazanıb

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Bu gün daha bir təmsilçimiz 1/8 finaldan mübarizəyə başlayıb.

97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Maqomedxan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışıb.

Rəqibini üstələyən (9:0) Maqomedxan 1/4 finala yüksəlib.

Nəşr edilib : 10.08.2024 13:38