AZ EN RU

“Paris-2024”: Azərbaycan cüdoçusu çıxışını başa vurub

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.

90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda fransalı Maksim Qael Ambu ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan E.Hacıyev yarışla vidalaşıb. Cüdoçumuz görüş zamanı çiynindən zədə alıb.

Qeyd edək ki, Paris olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.

Nəşr edilib : 31.07.2024 15:20