AZ EN RU

“Paris-2024”: Azərbaycan boksçusu bürünc medalı təmin edib

Azərbaycan boksçusu Alfonso Dominges "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

92 kiloqramda yer alan idmançı 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibini məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, bununla həm də bürünc medalı təmin edib.

Nəşr edilib : 01.08.2024 20:38