AZ EN RU

Paris-2024: Azərbaycan bədii gimnastı yarışı 18-ci sırada başa vurub

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

23 yaşlı idmançı son olaraq gürzlə bacarığını göstərdikdən sonra 26.750 xala layiq görülüb.

Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 08.08.2024 21:02