AZ EN RU

“Paris-2024”: Azərbaycan basketbol millisi növbəti oyununu keçirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Milli komanda bu dəfə Kanada ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ABŞ ilə Çinə qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya, Almaniya və Avstraliyaya məğlub olub.

Nəşr edilib : 03.08.2024 20:28