AZ EN RU

“Paris-2024”: Azərbaycan badmintonçusu çıxışını başa vurub

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

O, E qrupundakı ikinci sınağında danimarkalı Anders Antonsenlə qarşılaşıb. Rəqibinə 0:2 (10:21, 14:21) hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb.

Qeyd edək ki, Edi Reski Dviçayo qrupdakı ilk matçında avstriyalı Kollins Filimonu üstələmişdi.

Nəşr edilib : 31.07.2024 20:16