AZ EN RU

“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarına uğurla başlayıb.

İdmançımız 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb.

Diana Dımçenko 1/4 finaldakı mübarizəsinə iyulun 29-da çıxacaq.

Nəşr edilib : 27.07.2024 13:45