AZ EN RU

Ovni Muradov Qahab kənd sakinləri ilə görüşüb

Avqustun 5-də Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov rayonun Qahab kənd sakinləri ilə görüşüb.

Səyyar qəbulda idarə, müəssisə rəhbərləri, Qahab kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və  kənd sakinləri iştirak ediblər.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı İcra Hakimiyyətinin başçısı qaldırılmış məsələlərlə bağlı  tapşırıq verib və tövsiyələrini bildirib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 05.08.2024 18:22