AZ EN RU

Ötən həftə azad olunan ərazilərdə 147 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Nəşr edilib : 15.07.2024 15:43