AZ EN RU

Ötən ay Naxçıvanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Cari ilin iyul ayı ərzində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhalinin qazlaşdırılması işləri aparılıb, istehsalat sahələrinin təbii qaz təminatını həyata keçirmək, baş vermiş qəza hallarının, eləcə də qaz sızmalarının aradan qaldırılması üçün nəzərdə tutulan bütün tədbirlər müvəffəqiyyətlə yerinə yetirilib.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, ötən ay  Naxçıvan şəhərində  15, Şərurda 2, Culfada 1 və Şahbuz rayonunda 2 əhali abonenti qazlaşdırılıb. Cari ilin iyul ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon  qaz istismar idarələrinin qəza dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə ümumi 716 çağırış daxil olub. Bu çağırışlara vaxtında gedilib, bütün işlər keyfiyyətlə yerinə yetirilərək təbii qazın nəqli bərpa edilib.

Nəşr edilib : 06.08.2024 14:33